Niyə Daxildən Gələn Motivasiya Ən Güclü Hərəkətverici Qüvvədir?

Yayımlanma tarixiOktyabr 20, 2025
MövzuVüqar Mehdiyev
Növİnsan Davranışları
Oxuma müddətiTəqribən 3 dəqiqə

Niyə Daxildən Gələn Motivasiya Ən Güclü Hərəkətverici Qüvvədir?

İnsan davranışının təməlində sadə ama çox güclü bir reallıq dayanır: sağ qalmaq instinkti. Bu səbəbdən beynimiz hər fürsətdə enerjiyə qənaət etməyə, daha az kalori yandırmağa və mümkün olduqca ehtiyat toplamağa proqramlaşdırılıb. Bunun üçün insanın hərəkətə keçməsi, yəni əlavə kalori sərf etməsi üçün mütləq bir motivasiyaya ehtiyacı var.

 

Bu fikir Daniel Pink tərəfindən 2009-cu ildə nəşr olunan Drive kitabında çox aydın şəkildə izah olunur. Müəllif burada Intrinsic Motivation — yəni daxildən qaynaqlanan motivasiya konseptini təqdim edir.

İnsan motivasiyasının inkişaf mərhələləri

Daniel Pink-ə görə insan motivasiyası zamanla üç əsas mərhələdən keçib.

 

Motivasiya 1.0 – Sağ qalma

 

Ən ilkin və təməl mərhələ Motivasiya 1.0-dır. Bunlar əsasən insanı fundamental ehtiyaclarını ödəməyə sövq edən qüvvələrdir. Misal üçün ac qalmamaq üçün yemək tapmaq və su təmin etmək, sığınacaq qurmaq, ov üçün alətlər hazırlamaq, sağ qalmaq uğrunda mübarizə və nəslini davam etdirmək. Bu mərhələdə davranış sırf yaşamaq instinkti ilə idarə olunur.

 

Motivasiya 2.0 – Mükafat və cəza

 

Zaman keçdikcə və sənayeləşmə başladıqca təkcə sağ qalma instinkti insanları motivasiya etmək üçün kifayət etmədi. İnsanları zavodlara və strukturlaşdırılmış iş mühitlərinə cəlb etmək üçün yeni bir sistemə ehtiyac var idi. Bax beləcə mükafat və cəza mexanizmi ortaya çıxdı. İnsanlar bir tərəfdən maaş, bonus, karyera artım imkanları ilə, digər tərəfdən isə cəza və itki qorxusu ilə idarə olunurdular. Bu mexanizm uzun müddət — xüsusilə təkrarlanan və qayda əsaslı işlərdə — effektiv şəkildə işlədi.

 

Motivasiya 3.0 – Daxildən gələn motivasiya

 

Zamanla insanlar dəyişdi və onların ehtiyacları da dəyişdi. Daha böyük məqsədlərə çatmaq və daha mürəkkəb nəticələr əldə etmək üçün təkcə mükafat və cəza kifayət etmədi. İnsanlar daha dərin duyğular və gözləntilər üzərində düşünməyə başladılar. Bu dəyişiklik artıq Motivasiya 3.0 dövrünün başlanğıcından xəbər verirdi.

 

Ümumiləşdirsək, əgər Motivasiya 1.0 sağ qalma instinkti ilə, Motivasiya 2.0 isə mükafat və cəza ilə idarə olunurdusa, Motivasiya 3.0 daxildən gələn maraq, məqsəd və inkişaf arzusu üzərində qurulmuşdu.

Niyə Daxildən Gələn Motivasiya Ən Güclü Hərəkətverici Qüvvədir?

Daxildən gələn motivasitanın önəmi

Gündəlik həyatda maaş, bonus və mükafat kimi xarici motivatorlar, təbii ki, önəmlidir və cəlbedicidir. Lakin Daniel Pink-in vurğuladığı kimi, öyrənmək istəyi, yaratmaq arzusu, inkişaf etmək ehtiyacı və mənalı iş görmək tələbi kimi ən dayanıqlı motivasiya amilləri məhz daxildən gəlir. Bu daxili motivatorlar hər hansı xarici stimulla müqayisədə daha uzunömürlü və daha dərindir.

 

Lakin burada kritik bir şərt var. Daxili motivasiya yalnız baza ehtiyaclar ödənildikdən sonra effektiv işləyir. Əgər insanın maddi vəziyyəti minimum komfort səviyyəsinə çatmayıbsa, beyin daim “survival mode”- da qalır. Bu vəziyyətdə marağa, ustalığa və ya məqsəd hissinə çıxış son dərəcə çətin olur.

 

Pink bunu səmimi şəkildə belə ifadə edir: “İnsanlara ödənişi elə et ki, pul mövzusu masadan qalxsın.” Yalnız bundan sonra daxili motivasiya — maraq, məqsəd və ustalıq kimi daha yüksək performans və yaradıcılığı ortaya çıxara bilir. Çünki insanlar sadəcə yaşamaq üçün işləməyi dayandırır və mənalı bir şey qurmaq üçün düşünməyə başlayırlar.

Insights worth reading

Get fresh xSchool articles, expert opinions, and real marketing lessons, delivered straight to your inbox.

Sorğunuzu göndərməklə, siz Məxfilik SiyasətiŞərtlər və Qaydalar ilə razılaşırsınız.

(Sizin üçün seçilmiş məqalələr)

(Fikrinizi Bildirin)

Gəlin əlaqə quraq!

Sualınız və ya konsultasiya ehtiyacınız varsa məlumatınızı buraya daxil edin.

Klikləməklə, mən Məxfilik SiyasətiŞərtlər ilə razılaşıram.