Vərdiş Çevrəsi: Vərdişlər Necə Formalaşır və Necə Dəyişdirilə Bilər
Vərdiş Çevrəsi: Vərdişlər Necə Formalaşır və Necə Dəyişdirilə Bilər
Elə ideyalar var ki, insan davranışını o qədər aydın izah edir ki, bir dəfə gördükdən sonra artıq onu “görməmək” mümkün olmur. Vərdiş Çevrəsi məhz belə ideyalardan biridir.
Bu konsept jurnalist və yazıçı Charles Duhigg tərəfindən 2012-ci ildə nəşr olunan The Power of Habit kitabında təqdim edilib. Mahiyyət etibarilə, vərdiş çevrəsi vərdişlərin necə formalaşdığını, niyə bu qədər güclü olduqlarını və ən əsası — necə dəyişdirilə biləcəklərini izah edir.
Vərdiş nədir?
Beynimiz sağ qalmaq üçün proqramlaşdırılıb. O, daim enerjiyə qənaət etməyin və səyi azaltmağın yollarını axtarır. Bu səbəbdən şüurlu şəkildə təkrar-təkrar etdiyimiz davranışlar zamanla avtomatlaşır. Nəticədə beyin onları vərdişə çevirir.
Gündəlik nümunələri düşünün: səhər diş fırçalamaq, düşünmədən telefona baxmaq, kofe içmək və ya avtomobil idarə edərkən refleksiv şəkildə əyləci tənzimləmək. Bunların hamısı aktiv düşünmədən təkrar etdiyimiz davranışlardır.
Sadə desək, vərdiş — təkrar-təkrar, demək olar ki, avtomatik şəkildə, düşünmədən icra etdiyimiz davranışdır.
Duhigg izah edir ki, hər bir vərdiş üç əsas elementdən ibarətdir:
- Siqnal – davranışı başladan işarə və ya tətikləyici
- Rutin – davranışın özü
- Mükafat – davranışdan sonra beyinin aldığı həzz
Gündəlik həyatdan sadə bir nümunə verək. Təsəvvür edin ki, işdə biraz yorğunluq hiss edirsiniz. Bu yorğunluq hissi siqnaldır. Biraz dincəlmək üçün siz instinktiv olaraq telefonunuza baxırsınız — bu isə rutindir. Beyin işdən bir qədər yayındığını və rahatladığını hiss edir. Bu isə mükafatdır.
Bu çevrə zamanla təkrarlandıqca vərdiş möhkəmlənir və getdikcə daha avtomatik hala gəlir. Zamanla onu dəyişmək çətin görünür. Bu, iradənin zəifliyindən deyil, beynin artıq bu ardıcıllığın “işə yaradığını” öyrənməsindən qaynaqlanır.
Vərdişləri ağıllı şəkildə dəyişmək
Burada vacib məqam budur: vərdişləri tamamilə silmək mümkün deyil.
Biz daim siqnallarla əhatə olunmuşuq və onlardan tam qaçmaq demək olar ki, qeyri-mümkündür. Mükafatları aradan qaldırmaq isə daha da çətindir, çünki onlar beynin davranışları avtomatlaşdırmaq üçün istifadə etdiyi ən güclü mexanizmlərdən biridir. Belə olan halda, nəyi dəyişmək mümkündür? Cavab rutindir.
Pis bir vərdişi tamamilə silməyə çalışmaq əvəzinə, eyni siqnal və mükafatı saxlayaraq rutini daha yaxşı bir davranışla əvəz etmək daha effektivdir.
Məsələn, stress hiss etdikdə siqaret yandırmaq əvəzinə qısa bir gəzintiyə çıxmaq və ya nəfəs məşqi etmək olar. Bu halda siqnal (stress) və mükafat (rahatlama) eyni qalır. Dəyişən isə rutindir. Zərərli davranış daha az zərərli, hətta faydalı bir davranışla əvəz olunur. Duhigg bu yanaşmanı Vərdiş Dəyişməyin Qızıl Qaydası adlandırır.
Insights worth reading
Get fresh xSchool articles, expert opinions, and real marketing lessons, delivered straight to your inbox.
(Sizin üçün seçilmiş məqalələr)

İstedad Sıxlığı: Netflix-in Böhran Dövründə Kəşf Etdiyi Güc
2001-ci ilin yaz ayları. “Dot-com bubble” partlayır və fond bazarları çökür. Bir zamanlar yüz milyonlarla dəyəri olan dot-com şirkətləri bir-birinin ardınca iflasa uğrayır. Böhran o dövrdə hələ kiçik bir DVD kirayə şirkəti olan Netflix-dən də yan keçmir. Gəlirlər sıfıra enir. Pullar sürətlə tükənir. Ofisdə emosional çöküş hökm sürür. Və ən çətin qərar qaçılmaz olur: 120 nəfərlik komandadan 40 nəfərlə dərhal vidalaşmaq lazımdır.

Qara Qutu Nəzəriyyəsi: İnkişaf Səhvləri Sahiblənməklə Başlayır
Zaman-zaman elə fikirlərlə qarşılaşıram ki, onlar sadəcə ağıllı səslənmir — sistemlərə, liderliyə və mədəniyyətə baxış tərzini dəyişir. Qara Qutu Nəzəriyyəsi də məhz belə ideyalardan biridir.
(Fikrinizi Bildirin)
Gəlin əlaqə quraq!
Sualınız və ya konsultasiya ehtiyacınız varsa məlumatınızı buraya daxil edin.
