Liderliyin Beş Səviyyəsi: Liderlik Verilmir, Qazanılır
Liderliyin Beş Səviyyəsi: Liderlik Verilmir, Qazanılır
Liderlik çox vaxt yanlış anlaşılan anlayışlardan biridir. Bir çox insan onu titul, vəzifə və ya səlahiyyətlə əlaqələndirir. Halbuki real liderlik nə ani baş verir, nə də avtomatik yaranır.
Bu yanaşma John C. Maxwell-in Developing the Leader Within You kitabında təqdim etdiyi Liderliyin Beş Səviyyəsi konseptində çox aydın şəkildə izah olunur.
Maxwell-in əsas mesajı sadədir: liderlik mərhələli şəkildə formalaşır. Zamanla inkişaf edir və hər səviyyə insanların sizi niyə izlədiyini izah edir. Maraqlısı odur ki, bu beş səviyyənin hər biri P hərfi ilə başlayır.
1-ci Səviyyə: Mövqe (Position)
Birinci səviyyə Mövqe-dir. Bu, liderliyin ən ilkin mərhələsidir və yalnız titul və ya vəzifə üzərində qurulub. İnsanlar sizi izləyir, çünki məcburdurlar. Siz onların rəhbərisiniz, səlahiyyət sizdədir. Bu mərhələdə liderlik çox kövrəkdir. Çünki titul aradan qalxdıqda, təsir gücü də yox olur.
2-ci Səviyyə: Razılıq (Permission)
İkinci səviyyə Razılıq-dir. Bu mərhələdə insanlar sizi istədikləri üçün izləyirlər. Siz komandanızla münasibət qurursunuz, inam formalaşdırırsınız və insanlar sizinlə işləməkdən məmnunluq duyurlar. Burada liderlik nəzarət üzərində deyil, əlaqə və etibar üzərində qurulur.
3-cü Səviyyə: Məhsuldarlıq (Production)
Üçüncü səviyyə Məhsuldarlıq-dır. Bu mərhələdə insanlar sizi izləyir, çünki nəticə görürlər. Sizin rəhbərliyiniz altında məhsuldarlıq artır, performans yüksəlir. Həm fərdi, həm də komanda səviyyəsində real irəliləyiş hiss olunur. Bu səviyyədə liderin etibarlılığı nəticələrlə möhkəmlənir.
4-cü Səviyyə: İnsan Yetişdirmək (People Development)
Dördüncü səviyyə İnsan Yetişdirmək-dir. İnsanlar sizi izləyir, çünki siz onlara sərmayə qoyursunuz. Onların inkişafına zaman ayırır, yeni liderlər yetişdirir və insanlara böyümək üçün imkan yaradırsınız. Bu mərhələdə liderlik artıq “mən”dən çıxır və “biz” üzərində qurulur.
5-ci Səviyyə: Zirvə (Pinnacle)
Beşinci və ən yüksək səviyyə Zirvə-dir. Bu mərhələdə insanlar sizi vəzifənizə görə yox, şəxsiyyətinizə, nüfuzunuza və təsir gücünüzə görə izləyirlər. Sizin yaratdığınız dəyər artıq təkcə komanda ilə məhdudlaşmır, daha geniş çevrəyə yayılır. Bu səviyyəyə çatmaq zaman tələb edir və hər kəs ora çata bilmir. Amma çatanlar uzunmüddətli iz qoyur.
Beş səviyyənin arxasındakı əsas mesaj
Maxwell-in mesajı aydındır: liderlik titulla başlaya bilər, amma orada bitməməlidir. Əsl liderlik yalnız nəticə əldə etmək deyil. Əsl liderlik insanların həyatına müsbət təsir göstərmək, onların inkişafına töhfə vermək və gələcək üçün mənalı iz buraxmaqdır. Məhz bu da insanları idarə etməklə, insanlara liderlik etmə arasındakı əsas fərqdir.
Insights worth reading
Get fresh xSchool articles, expert opinions, and real marketing lessons, delivered straight to your inbox.
(Sizin üçün seçilmiş məqalələr)

İstedad Sıxlığı: Netflix-in Böhran Dövründə Kəşf Etdiyi Güc
2001-ci ilin yaz ayları. “Dot-com bubble” partlayır və fond bazarları çökür. Bir zamanlar yüz milyonlarla dəyəri olan dot-com şirkətləri bir-birinin ardınca iflasa uğrayır. Böhran o dövrdə hələ kiçik bir DVD kirayə şirkəti olan Netflix-dən də yan keçmir. Gəlirlər sıfıra enir. Pullar sürətlə tükənir. Ofisdə emosional çöküş hökm sürür. Və ən çətin qərar qaçılmaz olur: 120 nəfərlik komandadan 40 nəfərlə dərhal vidalaşmaq lazımdır.

Niyə Daxildən Gələn Motivasiya Ən Güclü Hərəkətverici Qüvvədir?
İnsan davranışının təməlində sadə bir instinkt dayanır: sağ qalmaq. Məhz buna görə insan beyni enerjiyə qənaət etməyə, daha az kalori yandırmağa və mümkün olduqca ehtiyat toplamağa proqramlaşdırılıb. Bu səbəbdən insanın hərəkətə keçməsi üçün mütləq bir motivasiyaya ehtiyac var.
(Fikrinizi Bildirin)
Gəlin əlaqə quraq!
Sualınız və ya konsultasiya ehtiyacınız varsa məlumatınızı buraya daxil edin.
